UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxır.
Həmçinin oxuyun: "Çelsi" Bakıya bu heyətlə gəldi
Qurban Qurbanovun komandası Bakıda İngiltərə nəhəngi “Çelsi”ni qəbul edir.
"Çelsi" hazırda turnir cədvəlində 13-cü, "Qarabağ" isə 15-ci pillədə qərarlaşıb. Hər iki komandanın 6 xalı var.
Xatırladaq ki, “Qarabağ” “Çelsi” ilə artıq iki dəfə qarşılaşıb. Ağdam təmsilçisi 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Londonda 0:6, Bakıda isə 0:4 hesabı ilə rəqibinə uduzub.
5 noyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
21:45. "Qarabağ" (Azərbaycan) – "Çelsi" (İngiltərə) 2:1 (Birinci hissə)
Qol: Estevao, 17 (0:1), Leandro Andrade, 29 (1:1), Marko Yankoviç, 39 pen. (2:1)
Baş hakim: Sebastian Qishamer (Avstriya)
Tofiq Bəhramov adına Respublika Stadionu



