Türkiyənin şərqində Sivas vilayətində 424 min unsiya qızıl yatağı aşkar edilib.
Bakıvaxtı.ax xəbər verir ki, bu barədə Türkiyənin aparıcı polad istehsalçısı olan Erdemirin mətbuat xidməti məlumat yayıb.
Yataqda 14,9 milyon ton filiz olduğu təxmin edilir, qızılın orta tərkibi ton üçün 0,89 qramdır. Buna görə də kəşfin təxmini dəyəri 1,7 milyard dollar ola bilər.
Şirkət Sivas vilayətindəki Alacahan yatağında artıq işlərin aparıldığı 5800 hektardan çox ərazinin işlənməsi üçün lisenziyaya malikdir. Artıq orada 360 qazma aparılıb, dərinliyi 96 min metrdən artıqdır.
ÅžirkÉ™tin bÉ™yanatında qeyd olunub ki, yataqda kəşfiyyat iÅŸlÉ™ri davam edir, doldurma qazma iÅŸlÉ™ri aparılır, bundan sonra ehtiyatların hÉ™cmini daha dÉ™qiq hesablamaq vÉ™ bu mÉ™dÉ™nin resurs potensialını müəyyÉ™n etmÉ™k planlaÅŸdırılır.Â
Â