EN

Avtobus dayanacaqlarında pavilyon quraşdırılmaması sərnişinlərə çətinlik yaradır – VİDEO

Bakının bir sıra küçə və prospektlərində avtobus dayanacaqlarında pavilyon quraşdırılmayıb. Odur ki, hava şəraitinin yağıntılı və soyuq olması zamanı sakinlər üçün çətinliklər yaranır.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər dayanacaqlarda yağış sularından müxtəlif üsullarla qorunmağa çalışırlar.

Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, avtobus dayanacaq pavilyonları Dövlət Standartı və Nazirlər Kabinetinin qərarına əsasən quraşdırılır. Avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti mütləq qaydada nəzərə alınır. Bu istiqamətdə mütəmadi olaraq təhlillər aparılır. Mövcud səki infrastrukturu və əhalinin gediş-gəlişi nəzərə alınaraq ya dayanacaq pavilyonları quraşdırılır, ya da dayanacaq nişanları qoyulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
15
3
nocomment.az

4Sources