EN

Medvedevdən sərt xəbərdarlıq: ABŞ bizi nüvə sınaqlarına sövq edir

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-ın siyasəti Moskvanı yenidən nüvə sınaqlarının mümkünlüyü barədə düşünməyə vadar edib.

Globalinfo.az-ın xəbərinə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“ABŞ prezidenti Donald Trampın nüvə sınaqları kontekstində nə demək istədiyini heç kim bilmir. Yəqin ki, özü də bilmir. Amma o, ABŞ Prezidentidir və belə bəyanatların nəticələri qaçılmazdır. Rusiya tammiqyaslı nüvə sınaqlarının keçirilməsini müstəqil şəkildə qiymətləndirməyə məcbur olacaq”, – Medvedev teleqram kanalında yazıb.

Xatırladaq ki, noyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Müdafiə Nazirliyinə, Xarici İşlər Nazirliyinə və digər strukturlara nüvə sınaqlarının mümkünlüyünü təhlil etməyi tapşırmışdı.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
globalinfo.az

1Sources