Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu ilin oktyabrın 1-nə olan statistikaya əsasən, ölkədə qeydiyyatda olan fərdi sahibkarların 76,4 faizini kişilər, 23,6 faizini isə qadınlar təşkil edir.
Ölkə.az "Valyuta.az"a istinadən xəbər verir ki, qadın fərdi sahibkarların sayı 338 761 nəfər olub. Kişi sahibkarların sayı isə 1 096 659 nəfərə çatıb. Beləliklə, kişi sahibkarların sayı qadın sahibkarlara nisbətdə 757 898 nəfər və ya təxminən 3,2 dəfə çoxdur.
Mədənçıxarma sənayesi üzrə qadın fərdi sahibkarların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 nəfər azalaraq 75 nəfərə enib.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində isə cəmi 7 qadın fərdi sahibkar fəaliyyət göstərir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.