EN

İsveç Mərkəzi Bankı faiz dərəcəsini dəyişməz saxlayıb

Banco.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveç Mərkəzi Bankı (Riksbank) uçot dərəcəsini 1,75 faiz səviyyəsində sabit saxlayıb.

Banco.az xəbər verir ki, Bloomberg sorğusunda iştirak edən 18 iqtisadçının hamısı da uçot dərəcəsinin 1,75 faiz səviyyəsində qalacağını gözləyirdi.

Borclanma xərcləri son üç ilin ən aşağı səviyyəsində qalmağa davam edib. Bundan əlavə, Mərkəzi Bank iqtisadi dirçəlişin başlanmasına dəstək məqsədilə qarşıdakı bir il ərzində faiz dərəcələrinin sabit qalacağını gözlədiyini bildirərək “pauza siqnalı” verib.

Bank növbəti addımının 2026-cı ilin sonlarında faiz artımı olacağını və həmin vaxta qədər iqtisadiyyatın əhəmiyyətli dərəcədə böyüyəcəyini proqnozlaşdırır.

Riksbank-ın son proqnozlarına görə, ümumi daxili məhsulun (ÜDM) gələn il bu ilki 0,9% səviyyəsindən 2,7%-ə yüksələcəyi, inflyasiyanın isə gələn il 1% səviyyəsinə enəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
1
banco.az

2Sources