EN

Qurban Qurbanov: Bütün azərbaycanlıları təbrik edirəm - VİDEO

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda "Çelsi" ilə əldə edilən 2-2 hesabını şərh edir. Ajans.az xəbər verir ki, o, deyir: "Azarkeşlər üçün həm keyifli həm də həyəcanlı oyun idi. Böyük futbolun nə olduğunu bu gün tam gördülər, tam bildilər." O, həmçinin sona kimi mübarizə apardıqlarına görə "Qarabağ"ın futbolçularına təşəkkür edib. Qurban Qurbanov bildirib ki, "köhlən atlar "sona kimi ayaqda durmağı bacarıb. Məşqçi qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Chosen
8
1
Ajans.az

2Sources