Portuqaliyalı futbolçu Kriştianu Ronaldo bu ilin avqustunda sevgilisi Corcina Rodrigezə evlilik təklifi edib.
Ölkə.az xəbər verir ki, bu barədə hücumçu britaniyalı jurnalist Pirs Morqanla söhbəti zamanı danışıb.
40 yaşlı futbolçu bildirib ki, Corcina onun həyat yoldaşı kimi dəyərləndirdiyi qadındır və bu addım təbii qərardır:
“Corcina mənim və ailəmin qayğısına qalır. O, çox xüsusi qadındır və məni tam anlayır. Mən uzun illər axtardığım qadını tapmışam. Toy mərasimi, böyük ehtimalla, növbəti Dünya Çempionatından sonra keçiriləcək”.
Xatırladaq ki, qarşıdakı mundial gələn ilin 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada baş tutacaq.(qafqazinfo)