EN

"Çelsi" ilə matçda heç-heçəni uğurlu hesab edirik" - Qurban Qurbanov

"Qarabağ" "Çelsi" (İngiltərə) ilə oyunda əldə edilən heç-heçəni uğurlu hesab sayır.


Manset.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Mütəxəssis "Çelsi"yə qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan sonra fikirlərini bölüşüb:

"Azarkeşlərimizi təbrik edirəm. Qarşıdan bizim Zəfər bayramımız gəlir. Bu heç-heçəni də uğurlu nəticə hesab edirik və futbolçularımızın çəkinmədən göstərdiyi mübarizəni xüsusi vurğulayıram. Əsl azərbaycanlılara xas şəkildə mübarizə apardılar. İlk dəfə ingilis klubları ilə matçda xal qazandıq. Bu gün xalsız da qala bilərdik. Qarşıda çətin görüşlər bizi gözləyir".

O, "Qarabağ"ın cari mövsüm Çempionlar Liqasındakı çıxışından danışıb:

"Qarabağ" artıq daha çox təcrübəlidir. Baxmayaraq ki, heyətimizdə avrokuboklarda çıxış etməyən oyunçular yer alır. Əsas mərhələyə vəsiqə qazananda içimdə narahatlıq var idi. Çünki böyük komandalara qarşı zəif çıxış edə bilərdik. Şükürlər olsun ki, mübariz komandamız var və bir-birimizə olan güvənimizə görə yaxşı nəticələr əldə edə bilirik. İstək ürəkdən gəldikdə, nəticələr də yaxşı olur. Növbəti raunda adlamaq şansımız var və bundan maksimum istifadə edəcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Chosen
19
8
manset.az

9Sources