“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda “Çelsi” ilə başa çatan oyundan (2:2) sonra açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.
“İlk növbədə azarkeşləri təbrik edirəm – bu, möhtəşəm gün idi. Komandam dünya çempionuna qarşı sonadək mübarizə apardı. Futbolçular qorxmadı, Azərbaycan xarakteri nümayiş etdirdilər və İngiltərə klubuna qarşı ilk xalımızı qazandıq. Bu nəticə həm inam, həm də motivasiya baxımından çox önəmlidir”
Dörd turun ardından “Qarabağ” 7 xalla ümumi mərhələnin turnir cədvəlində yer alır. Növbəti oyun noyabrın 25-də səfərdə “Napoli” ilə olacaq.