EN

Haland Çempionlar Liqasında bombardirlər yarışında liderlərlə bərabərləşdi

“Mançester Siti”nin hücumçusu Erlinq Haland Çempionlar Liqasında bombardirlər siyahısında zirvəyə yüksəlib.

90deqiqe.Az xəbər verir ki, norveçli ulduz futbolçu keçmiş klubu “Borussiya Dortmund”la matçda fərqlənib.

25 yaşlı forvard oyunun 29-cu dəqiqəsində hesabı 2:0-a çatdıraraq “şəhərlilər”in üstünlüyünü artırıb. Bu, Haalandın cari mövsümdə Çempionlar Liqasındakı 4 oyunda vurduğu 5-ci qol olub.

Bu nəticə ilə o, Madrid “Real”ının hücumçusu Kilian Mbappe və “Bavariya”nın forvardı Harri Keynlə birgə bombardirlər yarışında ilk pilləni bölüşür. Norveçli futbolçunun isə liderliyi təkbaşına ələ keçirmək üçün hələ bir taym vaxtı qalır.

Chosen
36
90deqiqe.az

1Sources