EN

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Çempionlar Liqasının 4-cü turunda “Brügge” “Barselona”nı qonaq edib.

İdman.Biz bildirir ki, oyun 3:3 hesabı ilə yekunlaşıb.

Nikolo Tresoldi altıncı dəqiqədə meydan sahiblərini irəli çıxarıb, Ferran Torres isə səkkizinci dəqiqədə bərabərlik qolunu vurub. Belçika klubunun ikinci qoluna 17-ci dəqiqədə Karluş Forbş imza atıb.

61-ci dəqiqədə isə Lamin Yamal hesabı bərabərləşdirib. Forbş 64-cü dəqiqədə yenidən komandasını irəli çıxarıb, lakin Xristos Tzolis 78-ci dəqiqədə öz qapısına qol vuraraq hesabda tarazlığı bərpa edib.

Bu oyundan sonra “Brügge” klubu dörd xal toplayıb. “Barselona”nın yeddi xalı var.

Növbəti turda “Brügge” 26 noyabrda səfərdə “Sportinq”lə, “blauqrana” isə 25 noyabrda səfərdə “Çelsi” ilə qarşılaşacaq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
1
icma.az

2Sources