EN

Rusiya buğdasının ilk partiyası Azərbaycan ərazisindən keçməklə Ermənistana çatıb

Bakı. Trend:

Rusiyadan ilk buğda partiyası Azərbaycan ərazisində keçməkləErmənistana çatıb.

Trend Ermənistan KİV-lərinə istinadən xəbər verir, bu barədəErmənistan iqdisadiyyat naziri Qevorq Papoyan deyib.

"Bu, adətən Yuxarı Lars vasitəsilə çatdırılan Rusiya buğdasıdır.Orada hansı çətinliklərin - növbələrin, eləcə də əhəmiyyətlinəqliyyat maneələri barədə xəbərdarsınız. Bu dəfə yük Rusiyaərazisindən keçməklə Azərbaycana dəmir yolu ilə çatıb və hazırdaErmənistanla Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsiolmadığı üçün qatar Gürcüstana, oradan isə Ermənistana daxil olub",- deyə nazir qeyd edib.

Onun sözlərinə görə, bir neçə gün ərzində Qazaxıstan buğdasınınbir partiyası da Azərbaycan ərazisində keçməklə Ermənistanaçatacaq.

Chosen
55
az.trend.az

1Sources