EN

Vilayət Quliyev: “Heydər Əliyev “Mazandaran gölü” deyən İran tərəfini ustalıqla yerində oturtdu”

“İranla Azərbaycan arasında uzun müddət Xəzərin hüquqi statusu məsələsi müzakirə olunurdu. İranda Xəzər dənizinə “Mazandaran gölü” deyirlər. Onların təsəvvürünə görə, bu dəniz dörd bir tərəfdən İran torpaqları ilə əhatə olunub və İranın daxili suyudur. Buna görə, həm də bir tərəfi Mazandaran bölgəsinin sahili olduğu üçün bura “Mazandaran gölü”dür.

Bunu İctimai Televiziyanın efirində yayımlanan “Təmas xətti” verilişində sabiq xarici işlər naziri Vilayət Quliyev mərhum prezident Heydər Əliyevin 2002-ci ildə İrana səfəri zamanı yaşanan məşhur “Mazandaran gölü” məsələsindən danışarkən deyib.

Sabiq nazir İran o dövrdəki prezidenti Məhəmməd Xatəminin həmin görüşdə farsca çıxışı zamanı bir neçə dəfə “Mazandaran gölü” ifadəsini işlətdiyini bildirib:

“Söhbəti də İrandakı səfirimiz Abbasəli Həsənov tərcümə edirdi. O, görünür, iranlıların söz oyununa adət etdiyindən Xatəminin dediklərini “Xəzər dənizinin problemləri” kimi tərcümə edirdi. Sonra fasilə yarandı. Prezident məndən niyə bu qədər Mazandarandan danışıldığını soruşdu. Mən də bildiyim qədər izah eləməyə çalışdım ki, bunlar Xəzər dənizinə “Mazandaran gölü” deyirlər və Xəzəri özünün daxili suyu hesab edirlər. Ona görə prezident “Mən “Mazandaran gölü” tanımıram. Əgər bilirsinizsə, onu tanıdın” deyərək İran tərəfini ustalıqla yerində oturtdu”, – deyə V.Quliyev bildirib.

//oxu.az

 

Chosen
59
editor.az

1Sources