Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.
Gecə tez-tez oyanıb tualetə getməyinizin səbəbini yaşlanma ilə əlaqələndirirsinizsə, bu sizi təəccübləndirə bilər. ABŞ-lı həkim Dr. Mark Burhenne-yə görə, bu vəziyyət çox vaxt nəfəsalma problemləri ilə bağlıdır.
Milli.Az xəbər verir ki, "Ask the Dentist" layihəsinin yaradıcısı olan Dr. Burhenne bildirib ki, diş müayinəsinə gələn bir çox xəstəsi onun "gecə tualetə qalxırsınızmı?" sualına təəccüblə cavab verir:
"Onların çoxunda problem sidik kisəsi deyil, yatarkən düzgün nəfəs almamaları idi"
Həkimin sözlərinə görə, yuxu zamanı hava yolunun daralması və ya bağlanması bədəni daha çox güc sərf etməyə məcbur edir. Bu vaxt sinə boşluğunda mənfi təzyiq yaranır və ürək əzələsi gərilir.
Bu gərginlik nəticəsində orqanizm ANP (Atrial Natriüretik Peptid) adlı hormon ifraz edir. Hormon böyrəklərə "sodyumu və suyu xaric et" siqnalı göndərir.
Normalda beyin gecələr ADH (Antidiüretik Hormon) istehsal edərək bədənin suyu saxlamasını və yuxunun bölünməməsini təmin edir. Lakin ANP hormonunun artması ADH-nin fəaliyyətini zəiflədir. Nəticədə bədən daha çox sidik ifraz edir və insanlar gecənin bir yarısında oyanmaq məcburiyyətində qalır.
Mütəxəssislər bildirirlər ki, bu hal tez-tez yaşanırsa, səbəbi yuxu zamanı nəfəsin dayanması (apne) kimi pozğunluqlar ola bilər və həkimə müraciət etmək vacibdir.
Fidan
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.