EN

Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola düşdü

Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola düşüb.

 

Senzor.az bildirir ki, Ağstafada Böyük Kəsik Dəmiryol Stansiyasından yola salınan qatar öncə Gürcüstana, oradan da Ermənistana gedəcək.

 

Qeyd edək ki, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048,8 ton olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb.

 

“Cənubi Qafqaz Dəmir Yolları”nın (Rusiya Dəmir Yollarının törəmə müəssisəsi) baş direktoru Aleksey Melnikov İrəvanda keçirilən mətbuat konfransında bildirib ki, yeni marşrut “Verxniy Lars” sərhəd-keçid məntəqəsindəki tıxacları aradan qaldırmağa və Qara dəniz üzərindən yükdaşıma xərclərini azaltmağa imkan verəcək. O, dəmir yolu dəhlizinin təkcə taxıl deyil, həm də neft məhsulları da daxil olmaqla digər malların daşınması baxımından işlək olacağına əminliyini bildirib.

 

Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi bəyanatda qeyd etmişdi.

 

Chosen
103
senzor.az

1Sources