EN

Con Makqinn ilə müqavilə UZADILDI

“Aston Villa” yarımmüdafiəçi Con Makqinnin komandada qalmasını rəsmiləşdirdi.

Bizim.Media xəbər verir ki, klubun rəsmi saytının yaydığı məlumata görə, futbolçu ilə yeni müqavilə imzalanıb. Saziş 2028-ci ilin yayına qədər qüvvədə olacaq.

Qeyd edək ki, 2018-ci ildən “Aston Villa”nın heyətində forma geyinən Makqinn indiyədək klubun tərkibində 299 oyuna çıxıb, 33 qol vurub və 41 məhsuldar ötürmə edib.

Bizim.Media

Chosen
19
4
bizim.media

5Sources