EN

Rusiya, Çin və İran nüvə dosyesini müzakirə etdi

Sia Az saytına istinadən ain.az xəbər verir.

Rusiya, Çin və İran arasında İranın nüvə dosyesi ilə bağlı məsləhətləşmələr aparılıb. SİA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

Onun sözlərinə görə, İranın nüvə dosyesi ilə bağlı ənənəvi üçtərəfli məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Tərəflər 19-21 noyabr tarixlərində keçiriləcək BAEA İdarə Heyətinin növbəti sessiyası ərəfəsində mövqelərini əlaqələndiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
2
sia.az

3Sources