EN

Missisipidə zavodda partlayış: Əhali təxliyə olunur

BAKI, 6 noyabr. TELEQRAF

ABŞ-nin Missisipi ştatının Yazu-Siti şəhərində yerləşən "CF Industries" kimya zavodunda güclü partlayış nəticəsində ammonyak sızması baş verib.

Teleqraf xəbər verir ki, hadisə barədə "SHOT№ Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, “güclü partlayış və zəhərli kimyəvi maddələrin sızması” səbəbindən yaxın ərazilərin sakinlərinə dərhal təxliyə olunur.

Şahidlər sosial şəbəkələrdə partlayış zamanı güclü silkələnmə hiss etdiklərini və havada iti kimyəvi qoxunun yayıldığını bildiriblər.

Hazırda hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Zavodun üzərində qalın narıncı tüstü buludu əmələ gəlib.

Chosen
50
teleqraf.com

1Sources