EN

“Qarabağ”dan reytinqə növbəti töhfə Serbiyaya yaxınlaşdıq

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Qarabağ”ın Çempionlar Liqasında “Çelsi” ilə heç-heçə etməsi (2:2) Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb.

Futbolpress.az xəbər verir ki, bərabərliyə verilən 0.250 əmsalla reytinqdəki xallar 22.250-yə yüksəlib. Azərbaycan sıralamada 25-cidir.

Daha bir bərabərlik və ya heç-heçə reytinqdə irəliləyişə səbəb ola bilər. Belə ki, 24-cü pillədəki Serbiya bizdən cəmi 0.175 xal öndədir. 23-cü sırada qərarlaşan Rumıniyanın isə 23.500 xalı var.

Reytinqə 100.228 xalla İngiltərə başçılıq edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
futbolpress.az

1Sources