ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Xelsinkidə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Avropanın təhlükəsizliyinə həlledici töhfə verən NATO müttəfiqi olduğunu bildirib. Reyting.az-ın “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, H. Fidan deyib ki, Ankara Türkiyə ilə Finlandiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da inkişaf etdirməyi hədəfləyir.“Biz bu əməkdaşlığı NATO-nun çəkindirici potensialının gücləndirilməsi kimi görürük ki, bu da Avropanın təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsinə töhfə verəcək”,- deyə H. Fidan əlavə edib.E. KAMAL
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.