EN

Ancelina Coli Ukraynada: Xersondakı tibb müəssisələrinə baş çəkib FOTO

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünən Hollivud ulduzu, BMT-nin qaçqınlar üzrə keçmiş elçisi Ancelina Coli Ukraynanın cənubundakı Xersona qəfil səfər edib.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Xəbərdə deyilir ki, amerikalı aktrisa doğum şöbəsi və uşaq xəstəxanası da daxil olmaqla tibb müəssisələrini gəzib.

Yerli məmur Vitali Boqdanov “Facebook” sosial şəbəkəsində Ancelina Colinin Ukrayna səfərindən yazıb. O, A.Colinin nişanlı gülləkeçirməz jiletdə əks olunduğu foto yayıb. Nə aktrisa, nə də Ukrayna hökuməti səfərlə bağlı şərh verib.

Qeyd edək ki, 2012-2022-ci illərdə BMT-nin Qaçqınlar üzrə Xüsusi Elçisi vəzifəsində çalışan Hollivud ulduzu daha əvvəl Rusiya işğalının başlamasından bir neçə ay sonra Ukraynaya səfər etmiş və qərbdəki Lvovda köçkünlərlə görüşmüşdü.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
53
1
bakivaxti.az

2Sources