EN

Putindən dünyanı şoka salan addım:  Nüvə sınaqlarını bərpa edir

Putin Trampın açıqlamalarına cavab olaraq mümkün nüvə sınaqları ilə bağlı təkliflərin hazırlanmasını əmr etdi.

Vətəninfo.az xəbər verir ki, Rusiya Prezidenti Putin Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, kəşfiyyat orqanlarına və digər qurumlara ABŞ-ın nüvə sınaqlarının mümkün bərpası ilə bağlı açıqlamalarını təhlil etməyi və mümkün cavab addımları ilə bağlı təkliflərini Təhlükəsizlik Şurasına təqdim etməyi tapşırdı. O, ABŞ Prezidenti Trampın bu məsələ ilə bağlı açıqlamalarını “ciddi məsələ” adlandırdı və Təhlükəsizlik Şurasının artıq ABŞ hakim dairələrində eşidilən ritorikanı təhlil etdiyini qeyd etdi. O, həmçinin Rusiyanın ABŞ-dakı səfiri Darçiyevin Trampın açıqlamalarını aydınlaşdıran teleqram göndərdiyini bildirdi.

Chosen
36
veteninfo.az

1Sources