EN

Moskvada görünən parlaq obyekt meteorit axını ilə əlaqələndirildi

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Moskva vilayətində sakinlərin yenidən gördüyü naməlum obyektin əslində bolid - yəni parlaq meteorit olduğu müəyyənləşib.

Redaktor.az xəbər verir ki, bu barədə Krım Astrofizika Rəsədxanasının elmi əməkdaşı Sergey Nazarov REN TV-yə açıqlamasında məlumat danışıb.

“Böyük ehtimalla bu bolid hazırda aktiv olan Tauridlər meteorit axını ilə bağlıdır. Bu axın Enke kometasının qalıqlarıdır və Tauridlər şərq istiqamətindən - Buğa (Taurus) bürcündən gəlir”, - deyə alim bildirib.

Nazarovun sözlərinə görə, bu cür kosmik obyektlər səmanda kifayət qədər çox olur, lakin iri bir cismin məhz yaşayış məntəqəsinin üzərindən keçməsi və kameraya düşməsi nadir haldır.

Naməlum obyekt Moskvada noyabrın 6-na keçən gecə müşahidə olunub. Şahidlərin sözlərinə görə, səmada parlaq bir işıq saçan bolid yanaraq atmosferdə yoxa çıxıb. İnternetdə yayılan görüntülərdə parlaq işıq və alovlanan obyekt aydın görünür.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
redaktor.az

2Sources