EN

ABŞ həmin layihəni BMT TŞ-yə bu gün təqdim edəcək

Yazını böyüt
Yazını kiçilt

ABŞ Qəzzada sabitləşdirmə qüvvələri layihəsini BMT Təhlükəsizlik Şurasına bu gün təqdim edəcək.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi açıqlama yayıb. Bildirilir ki, layihə əsasında Prezident Donald Trampın İsrail və HƏMAS arasındakı müharibəni dayandırmaq planının növbəti addımı kimi bu qüvvələrə ən azı iki il müddətinə mandat verilməsi nəzərdə tutulub.

Misir, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri dəstək üçün ABŞ-a qoşulacaqlar.

Layihədə, həmçinin qüvvələrin Qəzza zolağının silahsızlaşdırılması prosesini aparması və qeyri-dövlət silahlı qrupların tərkisilah edilməsini təmin etməsi nəzərdə tutulur.

Təhlükəsizlik Şurasının qapalı iclası hələlik elan olunmayıb. Onun yerli vaxtla axşam saatlarında (Bakı vaxtilə noyabrın 6-sı gecə saatlarında) keçirilməsi gözlənilir. /“Associated Press”/

Chosen
26
3
hafta.az

4Sources