Məşhur britaniyalı aktyor Entoni Hopkins Kaliforniyada yerləşən malikanəsini 5,1 milyon funt sterlinqə satışa çıxarıb.
Publika.az xəbər verir ki, iki torpaq sahəsindən ibarət olan mülk bu ilin əvvəlində Los-Ancelesi bürüyən meşə yanğınları zamanı tamamilə yanıb.
Hopkins evi 2018 və 2019-cu illərdə iki mərhələdə almış və ümumilikdə 12,6 milyon dollar xərcləmişdi.
Qeyd edək ki, bu, aktyorun mülkiyyətinin yanğın təhlükəsi ilə üzləşdiyi ilk hal deyil. 2018-ci ilin noyabrında Malibu şəhərindəki evi demək olar ki, yanğın nəticəsində məhv olmuş, 2000-ci ildə isə Londondakı əmlakını itirmişdi.