EN

Zəfər Günü Şuşada silsilə tədbirlərlə qeyd ediləcək

Şuşa, 6 noyabr, AZƏRTAC

44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin beşinci ildönümü ilə bağlı Şuşa şəhərində “8 Noyabr- Zəfərin təntənəsi” adlı silsilə tədbirlər keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu gün Şuşa şəhərindəki Bayraq Meydanından başlayaraq hərbi yürüş olacaq.

Noyabrın 8-də isə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçiriləcək. Belə ki, Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə məktəblilərin Zəfər sevinci ilə bağlı tədbiri olacaq. Şuşa Hoteldə sakinlərin rəsm əsərləri, “Güllü bağ”da isə əl işlərindən ibarət sərgi təşkil ediləcək. Burada Zəfər gününə həsr edilmiş konsert, həmçinin Qarabağ Universiteti və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə birgə konsert olacaq. Bayram tədbirləri axşam saatlarında Şuşa qalasında atəşfəşanlıqla başa çatacaq.

 

Chosen
25
5
azertag.az

6Sources