Quba rayon Heydər Əliyev Mərkəzində "Zəfərin uşaqları ilə oxu marafonu - Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı" layihəsi çərçivəsində I Quba kitab sərgisi keçirilib.
Kitab sərgisi 3 gün davam edib. Bu müddət ərzində oxuculara minlərlə yeni çap olunmuş kitab almaq imkanı, onlarla yazıçı və şairin imza mərasimi, şeir saatları, uşaqlar üçün nağıl və əyləncə saatları təşkil edilib. Bundan əlavə, sərgidə uşaqlar üçün intellektual masterklaslar, əyləncəli tədbirlər, oxu saatları və səhnəciklər təşkil olunub.
Tədbirdə qubalılarla yanaşı, Qusar, Xaçmaz və digər rayonlardan olan yüzlərlə məktəbli iştirak edib. İştirakçılar daha çox dedektiv, qəhrəmanlıq və əyləncəli kitablara üstünlük veriblər. Yazarlarla birbaşa keçirilən görüşlər, diskussiyalar da maraqla qarşılanıb.
Tədbirin sonunda fərqlənən məktəblilərə mükafatlar təqdim olunub.
Akif ƏLİYEV,
"Azərbaycan"