EN

Azərbaycandan keçən qatar Ermənistana çatdı

Rusiya buğdası ilə yüklənmiş qatar (15 vaqon) Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb. 

"Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması Azərbaycanın regional əlaqələrin bərpası və iqtisadi əməkdaşlığın təşviqi istiqamətində atdığı mühüm addımdır.

Bu, Vaşinqtonda əldə edilən razılaşmaların praktiki tətbiqlərindən biridir və Ermənistanla Azərbaycan arasında bərqərar olan sülhün institusionallaşmasına töhfə verir.

Bu təşəbbüs qarşılıqlı etimadın gücləndirilməsi və sülh gündəliyinin təşviqi kontekstində də xüsusilə vacibdir", - deyə məlumatda qeyd olunub.

Ağarza Elçinoğlu

Chosen
17
2
unikal.az

10Sources