Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə sosial media hesablarında paylaşım edib.
AzEdu.az həmin paylaşımı təqdim edir:
"6 Noyabr – Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə bu sahədə çalışan, elm və təhsil yenilikləri ilə bağlı cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində mühüm rol oynayan televiziya və radio əməkdaşlarını təbrik edir, məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayırıq",- deyə qeyd edilib.
