EN

Pokrovsk uğrunda döyüşlər sona yaxınlaşır, şəhərin süqutuna az qalıb Le Monde

ain.az bildirir, Bizimyol portalına istinadən.

Rusiya qüvvələri Donetsk vilayətində yerləşən Pokrovsk şəhərini şimaldan mühasirəyə alıb, həmçinin cənub və şərq istiqamətlərindən şəhərə daxil olublar. Bu şəhər 2024-cü ilin fevralında Avdiyivkanın ələ keçirilməsindən sonra Rusiya ordusunun işğal etdiyi ilk iri yaşayış məntəqəsi ola bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat verib.

Pokrovsk mühüm logistik mərkəz hesab olunur və onun ələ keçirilməsi rus ordusuna Dnepropetrovsk vilayətinə hücumlar üçün dayaq nöqtəsi yarada bilər.

Son iki il ərzində şəhər artilleriya, dron və aviazərbələrin hədəfinə çevrilib. Demək olar ki, bütün mülki əhali ərazini tərk edib.

Ukraynalı hərbçilər bildirirlər ki, şəhərin müdafiəsi çətinləşib, çünki son həftələr ərzində təchizat tamamilə dayandırılıb. Pokrovskun geniş ərazisi, çoxsaylı çoxmərtəbəli binaları və zavodları sayəsində uzun müddət dözümlü müdafiə aparmaq mümkün olsa da, hazırda vəziyyət kritikdir.

Adının açıqlanmasını istəməyən ukraynalı zabitlərdən biri bildirib ki, şəhərin süqutu “bir neçə günün, maksimum iki həftənin məsələsidir”. Başqa bir hərbçi isə qeyd edib ki, rus qüvvələri sayca və texnika baxımından, xüsusən də dronlarda, böyük üstünlüyə malikdirlər.

Nəşrin yazdığına görə, Rusiya kiçik qruplar şəklində şəhər daxilində mövqelərini genişləndirir, döyüşlər getdikcə yaşayış məhəllələrinə yaxınlaşır.

Ukraynanın sabiq müdafiə nazirinin müavini Vitaliy Deyneqa xəbərdarlıq edib ki, əgər yaxın vaxtlarda Pokrovsk və Mirnohradın müdafiəçilərinə geri çəkilmə əmri verilməzsə, çoxsaylı təcrübəli desant və dəniz piyadası itirilə bilər.

Bununla yanaşı, Ukraynanın “Skelya” adlı 425-ci hücum alayının döyüşçüləri Pokrovsk şəhər meriyası binasını rus qüvvələrindən təmizləyərək üzərinə Ukrayna bayrağı sancıblar.

"The Guardian" yazır ki, şəhərdə küçə döyüşləri davam edir və rus ordusu hava zərbələrinin intensivliyini artırıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
111
icma.az

1Sources