EN

Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər bilindi

UEFA Çempionlar Liqasında həftənin oyunçusu mükafatına namizədləri açıqlayıb.
 
Moderator.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bunlar Belçikanın "Brügge" klubunun hücumçusu Karlos Forbs, İngiltərənin “Mançester Siti" komandasının yarımmüdafiəçisi Fil Foden, Türkiyə “Qalatasaray"ının hücumçusu Viktor Osimhen və İngiltərə təmsilçisi “Arsenal"ın yarımmüdafiəçisi Mikel Merinodur.
 
Forbs evdə İspaniya "Barselona"sı ilə 3-3 hesablı heç-heçə etdikləri matçda iki qol vurub və bir məhsuldar ötürmə edib, Foden evdə Almaniyanın "Borussiya Dortmund" klubunu 4-1 hesabı ilə darmadağın etdikləri görüşdə iki qol vurub, Viktor Osimhen Niderlandda "Ayaks"a qarşı het-trik edib (3-0), Merino isə Çexiyada "Slaviya"ya (3:0) iki qol vurub.
 
Qeyd edək ki, Çempionlar Liqasında növbəti turun oyunları 25-26 noyabrda keçiriləcək.
Chosen
25
1
moderator.az

2Sources