EN

ÇL: Haland tarixə düşüb

"Mançester Siti"nin hücumçusu Erlinq Haland Çempionlar Liqası tarixində üç fərqli komandada ardıcıl beş oyunda qol vuran ilk oyunçu olub.

Apasport.az xəbər verir ki, Haland Çempionlar Liqasının 4-cü turunda komandasının "Borussiya" (Dortmund) üzərində 4-1 hesablı qələbə qazandığı oyunda qol vuraraq qol seriyasını beş oyuna çatdırıb.

O, əvvəllər "Borussiya" (2020/21) və "RB Salzburq"da (2019/2020) ilə oxşar uğurlara imza atıb.

Haland 2022-ci ildən "Mançester Siti"də çıxış edir. Onun klubla müqaviləsi 2034-cü ilə qədərdir. Futbolçu bu mövsüm 18 oyun keçirib, 21 qol vurub və iki məhsuldar ötürmə edib.

Ronaldo: “Tezliklə karyeramı başa vuracağam”

Flik "Barselona"dan ayrılmaq istəyir

"Arsenal" ardıcıl 8 oyundur qol buraxmır

ÇL: Tarixin ən gənc futbolçusu oldu

Millimizin üzvü oynamadı, komandası heç-heçə etdi

Chosen
94
4
apasport.az

5Sources