EN

“Haqq qazandıra bilmərəm, olmaz, efirdə o qədər səhvlər olub ki...” - aşıq Zülfiyyə Tellinin televiziya əməkdaşına hücum etdiyi hadisədən danışdı - ÖZƏL

Aşıq Telli Borçalı ilə ARB TV-nin redaktoru Əcəmi arasında mübahisə yaşanıb. Moderator.az xəbər verir ki, buna səbəb ifaçının mahnısının 10 saniyəlik hissəsinin səhv yayımlanması olub. Hadisə “Həmin Zaur” verilişi zamanı yaşanıb. Telli kulisə gələrək əməkdaşa hücum edib. Onları digər əməkdaşlar ayırıb.
 
Moderator.az-a açıqlama verən aşıq Zülfiyyə İbadova baş verən hadisədən dolayı çox məyus olduğunu bildirib:
 
“Əlbəttə ki, bu elə bir mövzudur ki, heç kimə haqq qazandırmaq doğru deyil. Bilirəm ki, nə Telli qəsdən o əməkdaşın üstünə hücum çəkib, nə də həmin əməkdaş mahnını bilərəkdən səhv verib. Gərək olmazdı. Görünür əsəbi olublar. Əlbəttə ki, xoşagələn hal deyil. Olubsa da belə gərək elə təpki göstərilməzdi. Texnikadır da. Bəlkə heç o əməkdaş da mahnını bilərəkdən səhv yayımlamayıb. Əminəm ki, belədir. Biz sənətçilərin tanınmağında radio və televiziya işçilərinin böyük əməyi, zəhməti var. Yeri gəlmişkən bu gün radio və televiziya günüdür. Bütün televiziya əməkdaşlarını ürəkdən təbrik edirəm. Kaş yanlışlarımız belə şeylər olsun. Başqa nələrsə olmasın. Mahnının səhv getməsi də normaldır. O qədər olub ki, mahnım səhv gedib, elə də oxumuşam. Heç biruzə verməmişəm”.
Aşıq Zülfiyyə bildirib ki, efirin öz qaydaları var və hər bir sənətçi buna əməl etməlidir:
 
“Ona mənim tərbiyəm yol verməz ki, durub efiri tərk edim, hansısa televiziya əməkdaşına sərt cavab verim. Mən belə hörmətsizlik etməmişəm, etmərəm də. Hətta efirə belə 2 dəqiqə də gecikəndə 50 dəfə üzr istəyirəm ki, bağışlayın, mənlik deyil. Bilirsiniz ki, bəzən gecikmələr bizim üzümüzdən olmur, yollar tıxac olur. Efirdən getsəm aparıcıdan çox tamaşaçıya hörmətsizlik edərəm. Getsəm belə tamaşaçıdan üzr istəyərəm. Çünki istəmərəm ki, onlara mənfi enerji ötürüm. Hər kəs bir xarakterin yiyəsidir də. Efirin efir qaydaları var. Mənə elə gəlir ki, efirə dəvət olunan qonaqlar komissiyadan keçməlidir. Söhbət dünənki hadisədən getmir, ümumiyyətlə deyirəm”.
Chosen
20
1
moderator.az

2Sources