EN

Pendiri düzgün saxlama üsulu – Kifin qarşısını alın

Pendirin dadını və keyfiyyətini uzun müddət qorumaq üçün onu düzgün şəraitdə saxlamaq vacibdir. Əks halda, pendir tez quruyur, dadını itirir və kif tutur.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, mütəxəssislər pendirin soyuducuda 5-8°C temperaturda saxlanmasını tövsiyə edir. Pendiri orijinal qablaşdırmasından çıxardıqdan sonra onu yağlı kağıza və ya mumlu parçaya bükmək daha məqsədəuyğundur. Bu üsul pendirin nəfəs almasına imkan yaradır və nəmin çoxalmasının qarşısını alır.

Pendiri plastik torbada saxlamaq isə tövsiyə edilmir, çünki hava dövranı məhdudlaşır və bu, kifin yaranmasına səbəb ola bilər.

Əgər pendirin səthində az miqdarda kif yaranıbsa, onu nazik təbəqə şəklində kəsib atmaq kifayətdir. Dərinliklərinə işləyibsə, məhsulu istehlak etmək təhlükəlidir.

Beləliklə, pendiri düzgün şəraitdə saxlamaq həm dadını, həm də sağlamlığınızı qorumağın ən vacib şərtidir.

Chosen
44
1
konkret.az

10Sources