EN

Elvin Cəfərquliyev: “Nə zamansa oturub menecerimlə bu mövzuda danışmalıyam”

“Bütün Azərbaycan xalqını təbrik edirəm”.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev deyib.

Cinah müdafiəçisi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda Bakı İngiltərə təmsilçisi “Çelsi” ilə heç-heçə etdikləri (2:2) oyunla bağlı fikirlərini bölüşüb:

“Bu, qələbəyə bərabər olan nəticədir. Komandamız çox inkişaf edib, çox böyüyüb. Klubumuz artıq elə bir səviyyədədir ki, “Çelsi” ilə qarşılaşmada qələbədən danışırıq. Məncə, komanda olaraq çox yaxşı oynadıq. Rəqibin yüksək pressinqdə oynadığını bilirdik. Onlar bizə çətinliklər yaradırdı. Lakin hər şeyin öhdəsindən gəldik. Şükürlər olsun ki, bu gün başımızı aşağı yox, yuxarı tutduq. Döyüşdük, vuruşduq. Azarkeşlərimizə də təşəkkür edirik ki, bu gün bizi burada tək qoymadılar”.

Cəfərquliyev öz çıxışı və gələcək karyerası barədə də sualı cavablandırıb:

“Mən özümə inanıram. Bu gün də elə idim. Rəqibin kim olması fərq etmir. Əsas odur ki, çıxıb öz oyunumu göstərim. Düşünürəm, bu gün də bunu bacardım. Bu səviyyədə futbolçulara qarşı artıq bir neçə dəfə oynamışam. Yeni təkliflər barədə menecerimlə danışığımız olmayıb. Avropa klublarından maraq ola bilər, amma maraq varsa, bu o demək deyil ki, hansısa kluba transfer olacağam. Bunun reallaşması üçün menecerimlə danışıqlar aparılmalı, həm də mənim razılığım olmalıdır. Maraq olur, amma nə qədər realdır, bu barədə hələ heç nə deyə bilmərəm. Nə zamansa oturub menecerimlə bu mövzuda danışmalıyam”.

İdman.Biz

Chosen
40
8
idman.biz

10Sources