EN

Mahsun Kırmızıgül "Qarabağ"ın oyunu ilə bağlı paylaşım etdi - FOTO

Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül "Qarabağ" FK-nın Çempionlar Liqasındakı qələbəyə bərabər göstərdiyi nəticə ilə bağlı paylaşım edib.

Ölkə.az xəbər verir ki, sənətçi bu barədə instaqram hesabında təbrik yazıb.

"Kiçik büdcə ilə böyük xəyallar quranların gecəsi. Halal olsun, Qarabağ! Çempionlar Liqasında dastan yazmağa davam”, - deyə M.Kırmızıgül qeyd edib. 

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda "Çelsi" (İngiltərə) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv V turda, noyabrın 25-də səfərdə İtaliyanın "Napoli" kollektivinin qonağı olacaq.

538622

Həmidə İbrahimova

Chosen
32
18
olke.az

10Sources