Bakı.Trend:
QHT-lərə dövlət Dəstəyi Agentliyi 2023-cü ildə 24 layihəni,2024-cü ildə 29 layihəni, 2025-ci ildə isə 51 layihənidəstəkləmişdir. Bu rəqəmlər göstərir ki, qeyri-hökuməttəşkilatlarının bu sahəyə marağı ildən-ilə artır.
Trend xəbərverir ki, bu fikirləri bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyinintəşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilənictimai müzakirədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçıdirektoru Aygün Əliyeva deyib.
O qeyd edib ki, bu çərçivədə 50-60 konfrans və forum təşkilolunub, 25 kitab nəşr edilib, 11 film və ekran işi hazırlanıb,həmçinin 20-dən çox video təqdim olunub. Üç il ərzində ümumilikdə104 layihə dəstəklənib:
“Bu layihələr yalnız Azərbaycanın müxtəlif regionlarında deyil,eləcə də xaricdə, Rumıniyada, Budapeştdə, Qazaxıstanda,Özbəkistanda, İspaniyada, Niderlandda və digər ölkələrdə həyatakeçirilib”.
O vurğulayıb ki, son illər olduğu kimi, 2026-cı ildə də qrantmüsabiqələrində “Qərbi Azərbaycana qayıdış prosesi” prioritetistiqamətdir:
“Hazırda daxil olmuş layihələrin ekspertizası aparılır. Xariciölkələrdə Qərbi Azərbaycan mövzusunda konfransların, beynəlxalq vəregional təşkilatlarda yan tədbirlərin təşkili, xarici QHT-lərləbirgə hesabatların hazırlanması və yayılmasına dair təşəbbüslərəüstünlük veriləcək”.