EN

"Tarixçeyi-Növrəs" əsərində heç bir erməni toponiminə rast gəlinmir - Zaur İbrahimli

Bakı.Trend:

Bu yaxınlarda XVIII əsrdə yaşamış türkman əsilli müəllifƏbdürrəzaq Növrəsin 1731-ci ildə İrəvan şəhərindəki vəziyyətitəsvir edən "Tarixçeyi-Növrəs" əsəri ilk dəfə Bakıda nəşr edilib.Əsərdə İrəvan əhalisinin Azərbaycan türkləri olması bir daha təsdiqedilir.

Trend xəbərverir ki. bu fikirləri bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyinintəşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilənictimai müzakirədə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətininüzvü Zaur İbrahimli deyib.

O qeyd edib ki, toponimlər sırf Azərbaycan dilindədir.

“Bu tarixi əsərdə heç bir erməni toponiminə rast gəlinmir. Bugün Azərbaycan QHT-ləri də dövlət başçısının çağırışlarına uyğunolaraq, Qərbi Azərbaycan mövzusunda yeni elmi əsərlərin üzəçıxarılmasında, maaarifləndirmə işlərində daha fəal olmalıdır”, -Z. İbrahimli əlavə edib.

Məqalədə:
Chosen
18
az.trend.az

1Sources