EN

Tramp Venesuela ilə bağlı hələ qərar verməyib, amma...

ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronu devirmək üçün bu ölkədə hərbi əməliyyatlara başlamağa şübhə ilə yanaşır.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp narahatdır ki, mümkün zərbələr Maduro rejiminin devrilməsinə gətirməyə bilər.

Məlumata əsasən, ABŞ administrasiyasının Venesuela ilə bağlı strategiyası hələ də qeyri-sabit olaraq qalır. Hazırda Tramp regionda Amerika qüvvələrinin tədricən artırılması və narkotik daşınmasında şübhəli gəmilərə zərbələrin davam etdirilməsi ilə kifayətlənir.

Qeyd olunur ki, Maduro narkotik ticarətinə qarşı mübarizə aparmağa və ABŞ-a Venesuela neft yataqlarına daha geniş çıxış imkanı verməyə razı olarsa, hərbi münaqişənin qarşısı alınacaq.

Chosen
17
publika.az

1Sources