Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ-nin Oklahoma Milli Qvardiyasının Birgə Qərargahlar rəisi briqada generalı Kolbi Uaytın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
ABŞ nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Azərbaycan müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov ABŞ nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanla ABŞ-nin Oklahoma ştatı arasında ikitərəfli hərbi əməkdaşlıq sahəsində əlaqələrin möhkəmləndirilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər müzakirə edilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.




Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.