EN

Rauf Zeyni: “Xalqımız ağır sınaqlardan keçərək bu günkü Zəfəri əldə edib”

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizəsinin zirvəsi olan 8 Noyabr – Zəfər Günü dövlətimizin gücünü, xalqımızın birliyini və milli iradəsini təcəssüm etdirir.Bu münasibətlə Bakı İctimai Əməkdaşllq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlama verib.“Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra torpaqlarımız mənfur qonşularımız tərəfindən işğal olundu, soyqırıma, terrora və digər qeyri-insani hallara məruz qaldı. Xalqımız 1 milyondan çox qaçqın və məcburi köçkün vaqonlarda, sığınacaqlarda, palatalarda yaşamaq məcburiyyətində qaldı. Bir müddətdən sonra Ulu Öndər Heydər Əliyev, daha sonra isə Prezident İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlər üçün müəyyən şərait yaradıldı.”Rauf Zeyni qeyd edib ki, Azərbaycan xalqı bu ağır dövrləri böyük əzmlə arxada qoydu və torpaqlarını işğaldan azad etməklə tarixi Zəfərə imza atdı:“Bu məşəqqətlər, əzablar boşuna deyildi. Torpaqlarımız işğaldan azad olundu, xalqımız çox böyük Zəfər əldə etdi. Bu gün əsrin məhkəməsi davam edir – bir qrup erməni əsilli şəxsin mühakiməsi aparılır və Azərbaycan bu məhkəmədə xalqımıza qarşı aparılan siyasəti dünyaya nümayiş etdirə bilir. Bu reallıqları, bizə qarşı edilən siyasəti və qazandığımız Zəfəri dünya ictimaiyyətinə çatdırmalıyıq.”QHT sədri bildirib ki, torpaqların qorunması və Zəfərin layiqincə təbliği hər bir vətəndaşın borcudur:“Torpaqlarımızı qorumağa çalışmalıyıq, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və bu, böyük bayramdır. Çox şükür ki, artıq tam ərazimizə hakim olmuşuq, suverenliyimizi bərpa etmişik. Dünya ictimaiyyətini məlumatlandırmalıyıq ki, xalqımız asan həyat yaşamayıb – çətin, ağır sınaqlardan keçərək bu günkü Zəfəri əldə edib.”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
1
demokrat.az

2Sources