Elm dünyasını təəccübləndirən yeni araşdırma antibiotiklərin beyin sağlamlığına təsiri ilə bağlı fikirləri dəyişə bilər.
Milli.Az xÉ™bÉ™r verir ki, Edinburgh Universitetinin, elÉ™cÉ™ dÉ™ Finlandiya vÉ™ İrlandiya alimlÉ™rinin apardığı geniÅŸmiqyaslı tÉ™dqiqatda mÉ™lum olub ki, infeksiyalar vÉ™ sızanaqların müalicÉ™sindÉ™ geniÅŸ istifadÉ™ olunan dokÂsisiklin adlı antibiotik gÉ™nclÉ™rdÉ™ ÅŸizofreniya riskini xeyli azaldır.
"American Journal of Psychiatry" jurnalında dərc edilən araşdırmada Finlandiyada psixiatrik yardım alan 56 mindən çox yeniyetmənin tibbi məlumatları təhlil olunub. Nəticələr göstərib ki, doksisiklin qəbul edən şəxslərdə gələcəkdə şizofreniya inkişaf etmə ehtimalı bu dərmanı qəbul etməyənlərlə müqayisədə 30-35 faiz daha azdır.
Alimlərin fikrincə, bu qoruyucu təsir dərmanın iltihab əleyhinə xüsusiyyətləri və beynin neyron əlaqələrini "təmizləmə" mexanizminə təsiri ilə əlaqəli ola bilər. Normalda bu proses beynin səmərəli işləməsi üçün vacibdir, lakin pozulduqda psixi pozğunluqlara gətirib çıxara bilər.
Tədqiqatçılar bildirirlər ki, hələlik bu nəticələr müşahidə xarakterlidir, lakin gələcəkdə iltihab əleyhinə preparatların ağır psixi xəstəliklərin profilaktikasında istifadəsinə yol aça bilər.
İsmayıl
Milli.Az