EN

Konsertimə 20 gün qalmış bütün biletlər satıldı ÇİNARƏ HEYDƏR ƏLİYEV SARAYINDA SOLO KONSERT VERƏCƏK

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın gənc və sevilən müğənnilərindən biri olan Çinarə Məlikzadə Heydər Əliyev sarayında konsert verəcək.

Gununsesi.info-ya açıqlamasında sevilən müğənni konsert hazırlıqlarından danışıb.

“Bildiyiniz kimi, noyabrın 14- ü solo konsertim Heydər Əliyev Sarayında olacaq. Artıq yerlər dolub. Konsertə 20 gün qalmış bütün biletlər satılıb. Bu mənim üçün sevindirici haldır. İlk dəfədir ki, böyük auditoriya qarşısında konsert verirəm.

Mənə dostlarım deyir ki, Heydər Əliyev sarayında nadir hallarda mən yaşda müğənninin solo konserti olur. Bütün təşkilati işlər də yolunda gedir”.

“Konsertdə yeni mahnılar olacaqmı” sualına Çinarə Məlikzadə belə cavab verib:

“Yeniliklər çoxdur. Koryeramın zirvəsini yaşayacam”.

Firuzə Mahmudova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
icma.az

1Sources