EN

Xankəndidə Zəfər Gününə həsr olunan hərbi yürüş keçirilib FOTO VİDEO

ain.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 6-da Xankəndi şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi yürüş keçirilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şəhərin mərkəzi küçəsində hərbi orkestrlərin müşayiəti ilə təşkil olunan yürüş bayram ab-havası yaradıb.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi orkestri tərəfindən səsləndirilən vətənpərvər musiqilər yürüşə xüsusi ruh verib.

Tədbirdə üçrəngli bayraqlar dalğalanıb, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib. Zəfər Günü münasibətilə keçirilən yürüş bir daha Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və torpaqlarımızın azadlığı uğrunda qazanılan tarixi qələbənin əzəmətini nümayiş etdirib.

Hurriyyet.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
10
hurriyyet.az

10Sources