Bakı. Trend:
Qeyri-rezident müəssisə tərəfindən ödənilən dividenddən5 faiz dərəcə ilə vergi tutulacaq.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan VergiMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən,qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14faiz dərəcə ilə vergi tutulur.
Muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə hüquqi şəxslər,fərdi sahibkarlar və ya vergi orqanında uçotda olanqeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslərtərəfindən ödənilən maddi yardım, mükafat və təqaüdlərdən,mediatorlara mediasiya təşkilatları tərəfindən mülki-hüquqimüqavilələr əsasında ödənilən xidmət haqlarından habelə vəkilqurumlarının tərkibində fəaliyyət göstərən vəkillərin həmin qurumtərəfindən ödənilən gəlirlərindən vergi 14 faizdərəcə ilə tutulur.