EN

Prezident şəhid bacısını təltif etdi - FOTOLAR

Xəbər verdiyimiz kimi,dünən Prezident İlham Əliyev bir qrup elm adamını təltif edib.

Təltif olunanlar arasında  Bunyatzadə Könül Yusif qızı da var.O,"Tərəqqi" medalı ilə təltif olunub.

News365.az-ın  məlumatına görə, Könül Bunyatzadə  şəhid Ülvi  Bunyatzadənin bacısıdır.

Ülvi Bunyatzadə  1990-cı ilin 20 Yanvar hadisələri zamanı  şəhid olub.

Ülvi Bunyadzadə əslən  Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndindəndir.

O,həm də şair idi. Şəhid olarkən cəmi 20 yaşı var idi.

Chosen
23
2
news365.az

3Sources