EN

Bu ədviyyatı pəhrizinizə əlavə edin Şəkəri azaldır və ürəyi qoruyur

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Britaniyalı həkim Amir Xan gündəlik rasiona sadə, lakin çox faydalı bir ədviyyatın əlavə edilməsini tövsiyə edir. Söhbət bir çoxumuzun əsasən şirniyyatlarda istifadə etdiyi darçından gedir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, həkimin sözlərinə görə, darçının özünəməxsus ətri və dadı onun tərkibində olan efir yağlarından gəlir.

Əsas təsiredici maddəsi isə sinnamaldehiddir. Məhz bu maddə darçının çoxsaylı müalicəvi xüsusiyyətlərinə cavabdehdir.

Bundan əlavə, darçın antioksidantlarla, polifenollarla zəngindir. Bu maddələr hüceyrələri sərbəst radikalların zərərindən qoruyur. Sərbəst radikalların çoxalması DNT-yə zərər verə, orqanizmin qocalmasına, ürək-damar xəstəliklərinə və hətta xərçəng riskinə səbəb ola bilər. Onlar kirli hava, siqaret, rentgen şüalanması və düzgün olmayan qidalanma nəticəsində əmələ gəlir.

Ürək və damar sağlamlığına təsiri

Həkim qeyd edir ki, darçın orqanizmdə iltihabı azaldır və ürək-damar xəstəlikləri riskini aşağı sala bilər.

13 elmi araşdırmanın nəticələrinə görə, darçının qəbulu:

Yağların trigliseridlərin və xolesterinin səviyyəsini azaldır, arterial təzyiqin enməsinə kömək edir.

Qanda şəkərin tənzimlənməsi

Amir Xanın sözlərinə görə, darçın həmçinin qandakı şəkərin səviyyəsini aşağı salmağa kömək edir. O, bağırsaqlarda karbohidratların parçalanmasını ləngidir və insulinin təsirini təqlid edərək hüceyrələrin qlükozanı daha tez mənimsəməsinə şərait yaradır.

Darçını necə istifadə etmək olar?

Mütəxəssis darçını gündəlik qidalanmaya kiçik miqdarda daxil etməyi tövsiyə edir. Onu yulaf sıyığına və ya digər taxıl sıyıqlarına, həmçinin evdə hazırlanan desert və pankeyklərə, qəhvəyə, smuzilərə və yoqurtlara əlavə etmək olar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
56
lent.az

1Sources