EN

Putin və Trampın nüvə müzakirəsi: Təhdidlər mübadiləsi davam edir

ABŞ prezidenti Donald Tramp dünən Müdafiə Nazirliyinə digər ölkələrlə “bərabər əsasda” nüvə silahı sınaqlarına başlamaq barədə göstəriş verib.

Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial media platformasında məlumat verib.

“Böyük dağıdıcı gücə görə mən nüvə silahı ilə məşğul olanda bunu etmək istəmirdim, amma həqiqətən seçimim yox idi”, - deyə o yazıb.

Tramp aydınlıq gətirib ki, Birləşmiş Ştatlar iddia edilən hər hansı digər ölkədən daha çox nüvə silahına malikdir. Amerika lideri iddia edir ki, buna onun birinci prezidentlik dövründə nail olunub.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha əvvəl fevralda başa çatacaq Strateji Silahların Azaldılması Müqaviləsi müddətinin uzadılmasını təklif etsə də, Vaşinqton buna cavab verməmişdi.

Chosen
11
publika.az

1Sources