EN

Qazaxıstandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Böyük sövdələşmə olacaq

BAKI, 6 noyabr. TELEQRAF

“ABŞ Qazaxıstan və Özbəkistanla strateji faydalı qazıntılar haqqında saziş hazırlayır”.

Teleqraf xəbər verir ki, bunu qazaxıstanlı ekspert Kamran Buxari “Kazinform”a müsahibəsində deyib.

Qazaxıstan bu yaxınlarda ABŞ-dən lokomotivlərin alınmasına dair 4 milyard dollarlıq böyük müqavilə imzalayıb, Özbəkistan isə ABŞ təyyarələrinin alınması üçün 8 milyard dollarlıq müqaviləni ratifikasiya etdi. ABŞ və Mərkəzi Asiya ölkələri arasında daha böyük müqavilələr olacaqmı? Vaşinqton ən çox hansı sektorlara diqqət yetirir?

Ekspert bu məsələ ilə bağlı hesab edirki, əlavə razılaşmalar olacaq:

“Xüsusən də Cənubi Qafqazda böyük nəqliyyat qovşağı açan “Tramp yolu” layihəsi (və ya Zəngəzur dəhlizi – red) bağlı razılaşmadan sonra böyük sövdələşmələrin olacağı ehtimalı var. Bu, öz növbəsində, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin strateji əhəmiyyətini artıracaq Şərqlə Qərb arasında Transxəzər ticarətinin Orta Dəhliz vasitəsilə genişləndirilməsi üçün ilkin şərtlər yaradır.

Bundan əlavə, Tramp administrasiyası ABŞ-nin nadir torpaq elementlərinə görə Çindən asılılığını azaltmağı qarşısına məqsəd qoyub. Bu baxımdan yaxın iki ildə Qazaxıstan və Özbəkistanla mühüm faydalı qazıntıların tədarükü və emalı üzrə yeni sazişlər gözləyirik”.

Kamran Buxari sabah Ağ Evdə ABŞ Prezidenti və Mərkəzi Asiya ölkələrinin liderləri (C5+1 formatı) arasında keçiriləcək sammit barədə də danışıb:

“Vaşinqtonda yeni geostrategiya həyata keçirən yeni administrasiya formalaşıb. Bu yanaşmaya uyğun olaraq, Birləşmiş Ştatlar regional müttəfiqlərinin strateji bölgələrində təhlükəsizlik və sabitliyin təmin edilməsində əsas məsuliyyəti öz üzərinə götürəcəyinə inanır. Yeni siyasətin məqsədi Amerikanın quruda təhlükəsizliyin əsas təminatçısı kimi rolunu azaltmaq və səyləri dəniz təhlükəsizliyi, texnoloji və strateji çəkindirməyə yönəltməkdir”.

Chosen
38
teleqraf.com

1Sources